Şəkərdən imtina etdikdən iki həftə sonra bədəndə nə baş verir? - ARAŞDIRMA

Şəkərdən imtina etdikdən iki həftə sonra bədəndə nə baş verir? - ARAŞDIRMA

Hazırda oxunan: Şəkərdən imtina etdikdən iki həftə sonra bədəndə nə baş verir? - ARAŞDIRMA

266218

Harvard universitetindən olan həkim, şəkərdən imtina etdikdən cəmi iki həftə sonra orqanizmdə baş verən dəyişikliklərdən danışıb.

Bizim.Media xəbər verir ki, bağırsaq sağlamlığı ilə bağlı məsləhətlərini TikTok-da 500 mindən çox izləyicisi ilə bölüşən gastroenteroloq Saurab Sethi izah edib ki, şəkərdən uzaq durmaq nəzərə çarpacaq və sürətli nəticələr verir.
 

MÖVZU İLƏ BAĞLI:

Son illərin TRENDİ - Şəkər və çörəkdən imtina hamı üçün faydalıdır?


Onun sözlərinə görə, üz daha təbii forma ala bilər, göz ətrafındakı şişkinlik yox olar və qarın nahiyəsindəki piy yığıntıları azalmağa başlayar.

Bundan əlavə, şəkərdən imtina bağırsaqda qidanın həzmini və qida maddələrinin mənimsənilməsini təmin edən sağlam mikrofloranın bərpasına kömək edir.

Həkim əlavə edib ki, dəri daha təmiz olur, qızartılar və səpkilər yoxa çıxır.

Bu müşahidələri araşdırmalar da təsdiqləyir. Belə ki, 2019-cu ildə çinli alimlər 8 mindən çox tələbə üzərində tədqiqar apararaq müəyyən ediblər ki, şirin, qazlı içkilərin qəbulu akne yaranma riskini xeyli artırır. Digər elmi işlər isə artıq şəkərin qaraciyərdə piylənmə və iltihab prosesləri ilə əlaqəli olduğunu göstərir.

Diyetoloqlar vurğulayırlar ki, şəkərdən imtina sağlamlığa, bədən formasına və iş qabiliyyətinə müsbət təsir göstərir.
 

Nevada Universitetindən doktor Samanta Kugan əlavə edib ki, imtinanın ilk günlərində baş ağrıları, qarın ağrısı və bağırsaq fəaliyyətində dəyişikliklər yarana bilər, lakin orqanizm uyğunlaşdıqdan sonra beynin fəaliyyəti yaxşılaşır, enerji artır, yuxunun keyfiyyəti yüksəlir, saç, dəri və dırnaqların vəziyyəti yaxşılaşır, arıqlama isə demək olar ki, qaçılmaz olur.


Bundan başqa, şəkərdən imtina 2-ci tip şəkərli diabet, ürək-damar xəstəlikləri və xərçəng də daxil olmaqla, ciddi xəstəliklərin riskini azaldır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO