Qusarın “Mel”i IV Yaylaq Festivalında - FOTO

Qusarın “Mel”i IV Yaylaq Festivalında - FOTO

Hazırda oxunan: Qusarın “Mel”i IV Yaylaq Festivalında - FOTO

266214

Qusar rayonunun “Mel” folklor xalq kollektivi Göygöl rayonunda keçirilmiş IV Yaylaq Festivalında iştirak edib.

Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, 15-17 avqust tarixlərində baş tutan IV Milli Yaylaq Festivalı Göygöl rayonunun Xan Yaylağı ərazisində keçirilib.
 

Festival Azərbaycanın müxtəlif bölgələrindən gələn kollektivləri bir araya gətirərək xalq yaradıcılığının zəngin nümunələrinin nümayişi, milli-mənəvi dəyərlərin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması üçün geniş imkan yaradıb.


Qusarın zəngin mədəniyyətini təmsil edən “Mel” folklor xalq kollektivi də çıxışları ilə festivala özünəməxsus rəng qatıb. Kollektivin ifasında səslənən xalq mahnıları və rəqslər tamaşaçıların böyük marağına səbəb olub. Kollektivin festivalda iştirakı Qusar rayonunun folklor irsinin ölkə miqyasında tanıdılmasına mühüm töhfə verib.

Qeyd edək ki, “Mel” folklor xalq kollektivinin adı ləzgi dilindən götürülüb və mənası iməcilik deməkdir.

Tədbir çərçivəsində milli musiqi ifaları, rəqslər, folklor nümunələri və qədim kənd məişəti ilə bağlı ənənələr tamaşaçılara təqdim olunub.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO