Peşə məktəblərinə müəllimlərin vakansiya seçiminə START VERİLDİ

Peşə məktəblərinə müəllimlərin vakansiya seçiminə START VERİLDİ

Hazırda oxunan: Peşə məktəblərinə müəllimlərin vakansiya seçiminə START VERİLDİ

266195

2025-2026-cı il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, test imtahanı mərhələsində uğur qazanaraq keçid balını keçən namizədlər 25 avqust tarixinədək onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə 8 vakant yer seçə bilərlər.

Test imtahanı mərhələsinin nəticəsində ümumilikdə 850 namizəd vakansiya seçiminə buraxılıb.

Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə 15 sentyabr tarixinədək aparılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO