Bir neçə gün əvvəl müğənn Rəqsanə İsmayılovadan şikayətçi olan Gündüz Məmmədov videomüraciət yayıb.
Bizim.Media xəbər verir ki, videomüraciətdə şikayətçi Rəqsanə İsmayılovanın və onun həyat yoldaşı Fazil Əmiraslanovun onu aldatmasından söz açıb:
"2022-ci ildə mənim qayınatamın miqrasiya problemləri var idi. Bu zaman Rəqsanə İsmayılova və onun həyat yoldaşı Fazil Əmiraslanov bizə müraciət edərək bu problemi həll edə biləcəklərini dedilər. Onlar bildirdilər ki, Rusiyanın hüquq-mühafizə orqanlarında onların yaxın adamları var və onlar bu adamların vasitəsi ilə həll edəcəklər.
Qayınatamın miqrasiya problemini həll etmək üçün biz onlara 520 min dollar pul verdik. Pulu şəxsən mən özüm onlara təqdim etmişəm. Pulu onlara verməyimə dair əlimdə əsaslı sübutlar da var".
Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.
Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub.
Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media