Payız yaxınlaşdıqca gəmiricilər qışı keçirmək üçün isti yer axtarırlar. Evinizi arzuolunmaz qonaqlardan qorumaq üçün onları cəlb edə biləcək hər şeyi əvvəlcədən təmizləmək lazımdır.
Bizim.Media-mın məlumatına görə, mütəxəssislər qeyd edirlər ki, insanlar gündəlik istifadə əşyalarının zərərvericilər üçün necə “maqnitə” çevrilə biləcəyini çox vaxt dərk etmirlər.
Onların sözlərinə görə, siçanlar və siçovullar əsasən üç şey axtarırlar:
• yemək;
• sığınacaq;
• yuva qurmaq üçün materiallar.
Ekspertlər xüsusilə vurğulayır ki, ev heyvanları üçün nəzərdə tutulmuş yem gəmiricilər üçün ən cəlbedici cazibədir. Bu belə izah edilir: insanlar çox vaxt böyük yem kisələrini qarajlarda saxlayır və siçanlar asanlıqla polietilen qablaşdırmanı gəmirib içəri daxil ola bilirlər.
Mütəxəssislər həmçinin evdə gəmiricilər və digər zərərvericilər üçün “maqnit” rolunu oynaya biləcək daha beş əşyanı sadalayır:
1. Karton qutular
İstifadə olunmuş karton qutular siçan və siçovullar üçün əla yuva materialıdır. Bundan əlavə, onlar hamamböcəkləri kimi həşəratları da cəlb edir. Mütəxəssis məsləhət görür ki, hər hansı bağlamanı açdıqdan sonra qutuları mütləq qalın divarlı xüsusi konteynerlərdə saxlayın ki, gəmiricilər onları gəmirə bilməsin.
2. Mövsümi bəzəklər
Siçanlar, güvələr və xalça böcəkləri Milad bəzəkləri və digər parça məmulatlarını zədələyə bilərlər. Onları qorumaq üçün bəzəkləri hermetik plastik qutularda saxlamaq və təbii qoruyucu vasitə kimi sidr topları əlavə etmək tövsiyə olunur.
3. Köhnə qəzet və jurnallar
Qəzet və jurnallarda təkcə gəmiricilər deyil, həm də gümüşçün (lusoçnitsa) və kitab biti (knijkovı voş) kimi həşəratlar da yuva qura bilər. Kağız qoxuları və nəmliyi hopdurduğundan zərərvericilər üçün çox cazibədar olur. Ekspertlər məsləhət görür ki, köhnə kağızları hermetik plastik qutularda saxlayın və ya vacib sənədləri rəqəmsal daşıyıcılara köçürün, qalanını isə utilizasiyaya verin.
4. Həddindən artıq dolu anbarlar
Mətbəx anbarları müxtəlif zərərvericilər üçün əsl “qızıl mədənidir”. Mütəxəssislər qeyd edir ki, qarğıdalı lopası qutusundakı kiçik bir deşik belə siçan ailəsini həftələrlə qidalandıra bilər. Bu cür yemlər qarışqaları, qurdları və güvələri də cəlb edir.
Anbar sahibləri mütləq əmin olmalıdırlar ki, bütün ərzaq qalıqları — qarğıdalı lopaları qutuları, makaron və qəlyanaltılar — şüşə və ya qalın plastikdən hazırlanmış, hermetik qapaqlı qablara yerləşdirilib.
5. Əl işləri ləvazimatları və parçalar
İnsanlar çox vaxt fərqinə varmırlar ki, əl işləri üçün materiallar da zərərvericilər üçün sığınacaq ola bilər.
Ekspertlərin məsləhəti: belə materialları şəffaf və hermetik qablaşdırmada saxlamaq lazımdır. (Lent.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:55 / 20.08.2025
Yalnız yemək və istilik deyil: siçanları evə cəlb edən 5 SƏBƏB
Hazırda oxunan: Yalnız yemək və istilik deyil: siçanları evə cəlb edən 5 SƏBƏB
Hazırda oxunan: Yalnız yemək və istilik deyil: siçanları evə cəlb edən 5 SƏBƏB
266178
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.