Hövsan sakinlərinin narazılığına “Buta” marketin rəhbərindən CAVAB

Hövsan sakinlərinin narazılığına “Buta” marketin rəhbərindən CAVAB

Hazırda oxunan: Hövsan sakinlərinin narazılığına “Buta” marketin rəhbərindən CAVAB

266169

Bu ilin iyul ayında Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mirzəağa Əliyev küçəsində yaşayan bir qrup sakin yeni inşa olunan obyektlə bağlı Bizim.Media-ya müraciət ediblər.

Belə ki, şikayətçilər tərəfindən obyekt sahibinin tikinti zamanı qəsəbənin ümumi istifadəsində olan yol hissəsini kəsərək, həm piyadaların, həm də nəqliyyatın hərəkətinə maneə yaratdığı iddia olunub.

Sözügedən müraciət əsasında Bizim.Media-nın çəkiliş qrupu Hövsan qəsəbəsinə, mağazanın inşa olunduğu əraziyə yollanıb.
 

MÖVZU İLƏ BAĞLI

Hövsanda obyekt qalmaqalı - Qanuni tikintinin qarşısını almaq istəyənlər kimlərdir? - VİDEO


Çəkiliş zamanı bir qrup şəxs yeni tikilən obyektin nəqliyyatın hərəkətinə maneə yaratdığını iddia etsə də, digər qrup sakinlər tamamilə əks mövqe sərgiləyiblər. Mağazanın yola heç bir mane yaratmadığını bildirən bəzi sakinlər yeni inşa olunan marketlə bağlı qarşıdurmanı yaradan şəxsin “Buta” marketin rəhbəri olduğunu iddia ediblər.
 

Sözügedən iddialarla bağlı “Buta” marketin sahibi Məmməd Ağarəsul oğlu Əliyev Bizim.Media-ya məktub ünvanlayıb. Məmməd Əliyev qeyd edib ki, sözügedən məsələ nə “Buta” marketin kommersiya, nə də onun sahibkarlıq fəaliyyəti ilə bağlıdır.


Məmməd Əliyevin məktubunu təqdim edirik:

“28.07.2025-ci il tarixdə Sizin media orqanınız tərəfindən yayımlanmış xəbər materialında Buta Marketin adı əsassız olaraq Hövsan qəsəbəsində inşa olunan tikinti ilə əlaqələndirilmişdir.

Həmin məlumat ictimaiyyət arasında yanlış rəy formalaşdırmış, Buta Marketin işgüzar nüfuzuna və etibarına ciddi zərbə vurmuşdur. Halbuki bu tikinti ilə Buta Marketin heç bir bağlılığı yoxdur.


Bu nə Buta marketin kommersiya, nə mənim sahibkarlıq fəaliyyətimlə bağlı deyil və ola da bilməz.

Mən Hövsan qəsəbəsinin Mirzəağa Əliyev küçəsində yaşayan qəsəbə sakini olaraq yüzlərlə digər qəsəbə sakini kimi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mirzəağa Əliyev-keçmiş Məktəb küçəsi- (yeni Qaydalarla-Bakı ş, Hövsan qəs, 163-cü Hövsan küçəsi, giriş 63 ünvanda qanunsuz inşa edilən tikintidən şikayətçi olduğum və rəsmən məhkəmədə iddia qaldıran 60 iddiaçı sırasında olduğum üçün tikinti sahibinin ictimai qayda və ictimai təhlükəsizlik əleyhinə olan qanunsuz əməllərini ört-bastır etməkdən ötrü ortaya atılmış bir iftiradır.

İftira, təhqir, böhtan və hədə-qorxu kimi digər qanunsuz əməllər təkcə mənə qarşı deyil, şikayətçi olan digər qəsəbə sakinlərinə və hüquqlarımızı müdafiə edən vəkilə qarşı da həyata keçirilir. Bunun marketin fəaliyyətinə rəqabətlə heç bir əlaqəsi yoxdur və ola da bilməz”.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO