Qod Nisanov oğluna Azərbaycanda da toy edəcək

Qod Nisanov oğluna Azərbaycanda da toy edəcək

Hazırda oxunan: Qod Nisanov oğluna Azərbaycanda da toy edəcək

266148

Rusiyanın Azərbaycan əsilli milyarderi Qod Nisanov oğluna Azərbaycanda da toy edəcək.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, toy məclisi avqustun 22-si Qubanın Qırmızı qəsəbəsində təşkil olunacaq. Məclisə Azərbaycanın nüfuzlu şəxsləri dəvət alıb.
 

Xatırladaq ki, milyarderin oğlunun ilk toyu avqustun 17-si Rusiyada keçirilib. Həmin məclisə Xalq artistləri Miri Yusif, Röya, müğənnilər Xəyyam Nisanov, Zamiq Hüseynov və başqa azərbaycanlı məşhurların dəvət olunduğu bildirilib.


Tədbirə Miri Yusiflə birgə yollanan prodüseri Emin Əfəndi Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti tərəfindən Azərbaycana geri qaytarılıb, onun Rusiyaya keçməsinə icazə verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO