Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

Hazırda oxunan: Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

266095

Avqustun 20-si saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Lakin səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində (Sumqayıtda 1 mm-dək) qısamüddətli az yağış yağıb.

Şərq küləyi əsib, küləyin maksimal sürəti arabir Naftalanda 20, Culfada 19 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, dağlıq rayonlarda 29, Aran rayonlarında 37, Naxçıvan MR-da 38 dərəcəyədək isti qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO