Dünya əhalisinin təxminən 10 faizi solaxaydır və onların gündəlik həyatda müəyyən fərqlilikləri var.
Bizim.Media xəbər verir ki, son elmi araşdırmalar isə solaxaylığın bəzi sağlamlıq riskləri ilə əlaqəli ola biləcəyini göstərir.
2025-ci ildə yayımlanan bir tədqiqatda solaxay insanlarda autizm və şizofreniya riskinin daha yüksək ola biləcəyi müəyyən edilib. Xüsusən həm sağ, həm də sol əlini istifadə edənlərdə bu risk daha qabarıq müşahidə olunub.
2023-cü ildə aparılan başqa bir araşdırma solaxayların disleksiya kimi öyrənmə çətinliklərinə daha çox meylli olduğunu göstərib.
2024-cü ildə genetik səviyyədə aparılan araşdırmada isə solaxaylıqla bağlı xüsusi bir genin rol oynaya biləcəyi aşkarlanıb.
Alimlər bildirirlər ki, solaxaylıq özü xəstəlik deyil, amma bəzi xəstəliklərə qarşı həssaslıq yarada bilər. Bu səbəbdən solaxay insanların sağlamlıq mövzusunda daha diqqətli olmaları tövsiyə olunur. (News24.az)
Bizim.Media