DİQQƏT: Kartof qızartması diabet riskini ARTIRIR

DİQQƏT: Kartof qızartması diabet riskini ARTIRIR

Hazırda oxunan: DİQQƏT: Kartof qızartması diabet riskini ARTIRIR

266054

Aparılan genişmiqyaslı araşdırma göstərib ki, kartof qızartmasına (kartof fri) mütəmadi şəkildə üstünlük verən insanlarda 2-ci tip diabet riski 20% artır. Bununla yanaşı, qaynadılmış, sobada bişirilmiş və ya püresi hazırlanan kartof xəstəliyin inkişafına ciddi təsir göstərmir.

Bizim.Media xəbər verir ki, BMJ jurnalında dərc olunan araşdırmanın müəllifləri qeyd edirlər ki, kartof frini tam taxıllı məhsullarla əvəz etmək diabet riskini 19% azalda bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Kartofu bu üsulla bişirməyin – Diabet riskini artırır


Əksinə, onu ağ düyü ilə əvəz etmək riskin artmasına səbəb olur. Burada əsas məqam yalnız kartofun bişirilmə üsulu deyil, həm də onun əvəzinə rasionda hansı qidaların istifadə edilməsidir.

Tədqiqat 40 il ərzində 205 mindən çox iştirakçının müşahidəsi əsasında aparılıb. Araşdırma birbaşa səbəb-nəticə əlaqəsini sübut etməsə də, sağlam qidalanma üçün vacib göstəricilər təqdim edir: kartofun istifadəsi rasionda qadağan olunmur, əsas məsələ bişirmə üsulunu seçmək və onu digər məhsullarla düzgün şəkildə birləşdirməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO