Sosial şəbəkədə narkozda olan qadının uyğunsuz vəziyyətdə görüntülərinin yayılması ilə bağlı Baş Prokurorluqda araşdırma aparılır.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Əməliyyat zamanı daha bir biabırçılıq: Xəstənin çılpaq görüntüləri yayıldı – VİDEO
Qeyd edilib ki, araşdırmanın nəticələrinə uyğun sözügedən məsələ ilə bağlı tədbirlər görüləcək.
Xatırladaq ki, Bakıda fəaliyyət göstərən klinikaların birində əməliyyat proseduru zamanı daha bir qeyri-etik görüntülər yayılıb. Görüntülərdə qadın xəstənin bədəni çılpaq halda nümayiş olunub. Videoda Abdullayeva Gülbədə digər həmkarları ilə sözügedən məqamda oynayaraq videoçəkiliş edib. Görüntülər “Dost Estetik Mərkəzi”ndə çəkilib.
Bizim.Media