“Anti-age” proqramları ilə bağlı XƏBƏRDARLIQ – Cavanlaşmaq yerinə, sağlamlığı təhlükə altına ata bilər

“Anti-age” proqramları ilə bağlı XƏBƏRDARLIQ – Cavanlaşmaq yerinə, sağlamlığı təhlükə altına ata bilər

Hazırda oxunan: “Anti-age” proqramları ilə bağlı XƏBƏRDARLIQ – Cavanlaşmaq yerinə, sağlamlığı təhlükə altına ata bilər

266019

Qadınlar cavanlığını qorumaq, gözəlliyinin ömrünü uzatmaq xatirinə indi cərrah bıçağından tutmuş, hər növ dərman “kokteyl”ini sınamağa hazırdırlar. Bunu bilən və bu istəkdən maddi olaraq faydalanan kosmetoloqlar da “anti-age” adı altında qollarını çırmalayıblar. Halbuki “anti-age” təkcə xarici görünüş deyil. Bu, bədən və ruh üçün bir qayğıdır.

“İndi “anti-age” sözünü dilə gətirənlərin üzündə-gözündə iynədən salamat yer qalmayıb. Özünə əziyyət vermək istəməyənlər bu ad altında başdan-ayağa yığılıblar. Azərbaycanda bunu çoxları yanlış başa düşüb”, - bunu dietoloq Samir Rəcəbov Bizim.Media-ya açıqlamasında bildirdi.  

Onun sözlərinə görə, “anti-age” proqramı yaşlanma proseslərini ləngitmək və ümumilikdə sağlamlığı yaxşılaşdırmaq məqsədi daşıyan kompleks bir yanaşmadır. Bu proqramlar fərdə görə hazırlanır, amma ucdantutma hər müraciət edənə yanlış kosmetik tətbiqlərlə, problemi dərinləşdirən “mütəxəssislər” var.

Dietoloq diqqətə çatdırır ki, “anti-age” proqramları adətən aşağıdakı mərhələləri əhatə edir:

Sağlam qidalanma, idman və fiziki aktivlik, stressin idarə edilməsi – meditasiya, yoqa ilə məşğul olmaq və hormonların balansını qorumaq üçün terapiya.
 

Bundan başqa, “anti-age” proqramını dərinin yenilənməsi, elastikliyinin artırılması üçün bəzi kosmetik prosedurlar da edilir. Xüsusən də mezoterapiya – dərinin altına qırışları hamarlayan vitamin və mikroelementlərdən ibarət kokteyl vurulur.  Həmçinin, hialuron turşusu ilə biorevitalizasiya qeyri-sağlam dəri, dərinin susuzlaşması, piqmentasiyanın qarşısının alınması üçün tətbiq edilir:


“Amma unutmaq olmaz ki, sağlam orqanizm olmadan, istənilən səthi toxunuş və inyeksiya cavanlığın ömrünü uzatmaq yerinə ümumiyyətlə həyatı burundan gətirə bilər” – deyə mütəxəssis vurğuladı.  

Şəfiqə Şəfa, Bizim Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO