Bakıda qətl hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə avqustun 19-da gecə saatlarında Xəzər rayonunun Şağan qəsəbəsində qeydə alınıb.
1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.
Araşdırmalarla E.Şıxıyevin qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Aysel Rufullayeva saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:36 / 19.08.2025
46 yaşlı kişi öldürüldü - Sevgilisi saxlanıldı
Hazırda oxunan: 46 yaşlı kişi öldürüldü - Sevgilisi saxlanıldı
Hazırda oxunan: 46 yaşlı kişi öldürüldü - Sevgilisi saxlanıldı
265987
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.