Fars şovinistlərinin tarixi OĞURLUQ PLANI – İndi də Xəzərə göz DİKDİLƏR

Fars şovinistlərinin tarixi OĞURLUQ PLANI – İndi də Xəzərə göz DİKDİLƏR

Hazırda oxunan: Fars şovinistlərinin tarixi OĞURLUQ PLANI – İndi də Xəzərə göz DİKDİLƏR

265979

Son dövrlərdə Fars şovinist dairələri tərəfindən Xəzər dənizinin adının dəyişdirilməsi ilə bağlı çağırışlar yenidən artıb. Xəzər sözünün yəhudi mənşəli olduğunu iddia edən anti-azərbaycanlılar Mazandaran adının məcburi surətdə istifadə edilməsinə çalışırlar.

Qeyd edək ki, Xəzər sözü qədim türk dilindən gəlir və etimoloji baxımdan aydın türk köklərinə malikdir: "kez" — "gəzmək, dolaşmaq" mənasını bildirir. Türk dillərinə məxsus “ar-ər” şəkilçisi artırmaqla “gəzəri, köçəri həyat sürən xalq” mənasında işlənilir ki, bu da Xəzər türklərinin köçəri həyat tərzinə tam uyğundur. Bu qənaət sadəcə milli heysiyyatdan gələn müdafiə nəticəsi deyil, dünya müstəvisində də öz təsdiqini çoxdan tapıb. Yəni, “Britannica” Ensiklopediyası, “Oxford” lüğəti kimi mötəbər mənbələr Xəzər sözünün türk etimologiyasını təsdiq edir. 

Mövzuyla əlaqədar türkoloq Kamilə Nəcəfli Bizim.Media-ya bildirdi ki, belə bir addım atmaqla fars şovinizminin məqsədinin tarixi təhrif etmək olduğu açıq-aydındır:
 

“Türk adlarının aradan qaldırılması ilə türk tarixi izlərinin silinməsinə çalışırlar. Təkcə toponimlər deyil, bu günlərdə türk adı verilmiş uşaq da aylarla adsız qalmışdı. Amma valideynlərinin dirənci və rəsmi səviyyədə müdaxilə ilə məsələ  həll edildi. Məlumdur ki, türk xalqının özünəqayıdışının qarşısını almağa  çalışırlar. Xəzər adı yalnız bir coğrafi termin deyil, min illik türk tarixinin, mədəniyyətinin və kimliyin simvoludur. Yəni fars hegemonluğu yüz illərdir assimilyasiya siyasətini heç cür yeridə bilməyiblər, xalq öz dilini, öz adlarını qoruyub, indi regionda itirdiyi gücünü, müstəqil Azərbaycanın dünyada nüfuz qazanmasının hayfını dildən çıxmağa qərar veriblər”.  


Türkoloq deyir ki, bu cür addəyişmə həm də psixoloji təsir məqsədi daşıyır. Bununla da öz aləmlərində türklərin keçmişləri ilə əlaqəsinin qırılmasına, eyni zamanda fars mədəniyyətinə tabe olma hissiyatının yaradılmasına cəhd edirlər. Amma unudurlar ki, beynəlxalq hüquqa görə, yəni BMT-nin mədəni irsin qorunması sənədlərinə görə, tarixi coğrafi adlar mədəni irs hesab olunur və zorla ad dəyişdirmə beynəlxalq normalarla ziddiyyət təşkil edir.

Şəfiqə Şəfa, Bizim Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO