Goranboyda məktəbli itkin düşüb.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, rayonun Səfikürd kənd tam orta məktəbinin 11-ci sinif şagirdi İsayev Ümid Azad oğlu avqustun 18-də evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.
Yaxınlarının bildirdiyinə görə, Ü.İsayev evdən çıxanda başında kepka, gözündə eynək olub. Faktla bağlı polisə məlumat verilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, şəxsin yerinin müəyyən edilərək, ailəsinə təhvil verilməsi istiqamətində Goranboy RPŞ-də tədbirlər həyata keçirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:20 / 19.08.2025
Goranboyda 11-ci sinif şagirdi İTKİN DÜŞDÜ
Hazırda oxunan: Goranboyda 11-ci sinif şagirdi İTKİN DÜŞDÜ
Hazırda oxunan: Goranboyda 11-ci sinif şagirdi İTKİN DÜŞDÜ
265972
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.