Moskvanın düşmənçilik siyasətinə deputatdan “Şimali Qafqaz” MESAJI - “Dövlət terrorundan əl çəkməsələr...”

Moskvanın düşmənçilik siyasətinə deputatdan “Şimali Qafqaz” MESAJI - “Dövlət terrorundan əl çəkməsələr...”

Hazırda oxunan: Moskvanın düşmənçilik siyasətinə deputatdan “Şimali Qafqaz” MESAJI - “Dövlət terrorundan əl çəkməsələr...”

265969

Rusiya Azərbaycana qarşı düşmənçilik siyasətini dayandırmaq əvəzinə, təəssüf ki, günü-gündən daha da radikallaşdırır. Rusiya tərəfi həm ölkə daxilində azərbaycanlılara qarşı təzyiqləri davam etdirir, digər tərəfdən isə onlar bilərəkdən Ukraynadakı Azərbaycana məxsus enerji obyektlərini hədəf alırlar.
 

MÖVZU İLƏ BAĞLI:

Soydaşlarımıza və SOCAR-a qarşı sistemli HÜCUMLAR – Rusiyanın hitlerizm siyasəti daha da RADİKALLAŞIR – TƏHLİL


SOCAR-ın obyektlərinə ardıcıl hücumlar

Son olaraq, avqustun 17-dən 18-nə keçən gecə Odessadakı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus neft bazası “Şahed” tipli PUA-lar tərəfindən kütləvi hücumuna məruz qalıb

Məlumata görə, bu zərbələr nəticəsində irimiqyaslı yanğın baş verib. Bazadakı bütün 17 yanacaq çəni, nasos stansiyası, operator və çəki otaqları, həmçinin texniki tikililər zədələnib.

Bu artıq Rusiyanın SOCAR-a məxsus obyektə vurduğu növbəti vəhşilikdir. Bundan əvvəl, avqustun 6-da da Rusiya Odessa vilayətində yerləşən və Azərbaycan qazının nəql olunduğu “Orlovka” kompressor stansiyasına zərbə endirib. Avqustun 7-dən 8-nə keçən gecə isə Rusiya SOCAR-ın Odessa vilayətindəki neft bazasına “Shahed” dronları ilə hücum edib.

Soydaşlarımız hədəf alınır...

Eyni zamanda, Rusiyada azərbaycanlılara qarşı təzyiq və təhdid kampaniyası da davam edir.

Çelyabinsk vilayətində Azərbaycan diasporunun rəhbəri Ərşad Xankișiyev Rusiya vətəndaşlığından məhrum edilib. Məlumata görə, buna səbəb kimi “etnoseparatizmin təbliği və mərhum rusiyalı siyasətçi Aleksey Navalnıya dəstək” göstərilir. Ondan əvvəl isə Yekaterinburqda və Voronejdəki Azərbaycan diaspor rəhbəri və biznesmenləri də təzyiqlərə, həbslərə məruz qalıb, hətta öldürülüblər.

Bütün bunlar Kremlin bilərəkdən Azərbaycana qarşı düşmənçilik siyasəti apardığının göstəricisidir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, Rusiyanın Ukraynada Azərbaycana məxsus olan enerji obyektlərini artıq ikinci dəfə hədəfə alması bu addımın məqsədyönlü şəkildə həyata keçirildiyinə işarədir:

“Onlar bu məsələni az qala dövlət terroru səviyyəsinə qaldırırlar. Rusiya kimi böyük bir dövlətin bu cür “təzyiq vasitəsi”ni seçməsi və dövlət terroru ilə məşğul olması onun gücsüzlüyünü nümayiş etdirir.

Belə bir yanaşma heç bir nəticə verməyəcək. Nəticə etibarı ilə bu, sadəcə olaraq Rusiyanın özünü etibarsızlaşdıracaq. Azərbaycan Cənubi Qafqazda Rusiyanın etibarlı tərəfdaşıdır”.

Deputat qeyd edir ki, Moskva əslində Cənubi Qafqazdakı mövcud stabilliyi yeni reallıqda yüksək qiymətləndirməlidir:

“Çünki Cənubi Qafqazda qeyri-sabitlik olarsa, bu mütləq şəkildə Şimali Qafqaza da keçə bilər.

Beləliklə, Rusiyanın cənub sərhədləri də təhdid altında ola bilər. Müharibə vəziyyətində olan Rusiya bir qədər ekstremal, bir qədər aqressiv qərarlar qəbul edir. Amma soyuqqanlı məntiq hər zaman daha çox səmərə verir. Yaxşı olar ki, Rusiya Azərbaycana yönəlik münasibətlərini düzəltsin. Bunun da bir yolu var. Azərbaycan Prezidenti Vaşinqtonda olarkən verdiyi müsahibədə deyib ki, AZAL təyyarəsinin qəsdən vurulduğunu düşünmürük. Amma bütün hallarda təyyarə vurulub. Bunu etiraf etmək Rusiya kimi böyük dövlət üçün o qədər də çətin olmamalıdır. Çünki bənzər hadisə baş verəndə Azərbaycan bunu etiraf edib, kompensasiya ödəyib.

Kor inad həm Rusiya-Azərbaycan münasibətlərinə zərər gətirir, həm də Rusiyanı etibarsızlaşdırır”.

Rüfət Sultan, Bizim.Media     

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO