Ötən gün ərəb turistlərin Şəhidlər Xiyabanında etdiyi məlum qeyri-etik hərəkətləri cəmiyyətdə müzakirələrə səbəb olub. Təəssüf ki, bu olaydan sonra tənqidlər bu şəxslərdən çox, bütövlükdə dinə və dindarlara yönəlib. Xüsusilə də Azərbaycan müsəlmanlarının İslam müqəddəslərinə əsrlərdir yas saxlayıb, Məhərrəm ayında yad etməsi ilə ərəb turistlərin şəhidlərimizin uyuduğu məzarlıqda təhqiramiz hərəkətlərinin müqayisə edilməsi insanlar arasında ikitirəlik yaradır.
Ümumiyyətlə İslamı milliyyətlə eyniləşdirmək nə dərəcədə doğrudur?
İlahiyyatçı Elşad Miri məsələylə bağlı Bizim.Media-ya açıqlamasında bildirdi ki, ərəb turistlərin etdiyi axmaqlığı dinlə əlaqələndirmək doğru deyil:
“Onların cəhalətini millətlə, dinlə əlaqələndirib cavab versək, biz onların səviyyəsinə və vəziyyətinə düşmüş oluruq. Bu, fərdi məsələlərdir. Necə ki kiminsə yanlış hərəkətlərinə nə ətrafı, nə də valideynləri cavabdehdir, məsuliyyəti birbaşa özləri daşıyırlar, hər hansı xalqdan olmaq da burada heç bir rol oynamır. Ona görə də dini günahlandırmaq əbəsdir”.
Elşad Miri həmçinin qeyd etdi ki, bu, dini və dindarları hədəf almaq savadsızlıqdan irəli gəlir:
“Amerika Yaponiyada o boyda iki şəhəri – Xirosima və Naqasakini atom bombaları ilə məhv elədi, amma yapon uşaqlarına amerikanlara qarşı nifrət aşılanmadı. Həmin dövrdə mövcud olan hakimiyyətlə bağlı bəzən fikirlər səsləndirilsə də onların öz uşaqlarına öyrətdiyi əsas məsələ odur ki, biz buna görə daha güclü olmalıyıq. Ona görə də məsələyə bu prizmadan yanaşmaq lazımdır. Əks təqdirdə o ərəblərin etmiş oduğu səviyyəsizliyi biz də öz düşüncələrimizlə etmiş oluruq”.
Xatırladaq ki, avqustun 17-də 3 nəfər ərəbin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etdiyi videolar barədə araşdırmalar aparılıb, faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Həmin 3 şəxs məhkəmənin qərarı ilə 3 ay müddətə həbs olunublar.
Şəfiqə Şəfa, Bizim Media

- A-
- A
- A+
Cəmiyyət
13:00 / 19.08.2025
Ərəb turistlərə görə islamı hədəf alanlara Elşad Miridən REAKSİYA
Hazırda oxunan: Ərəb turistlərə görə islamı hədəf alanlara Elşad Miridən REAKSİYA
Hazırda oxunan: Ərəb turistlərə görə islamı hədəf alanlara Elşad Miridən REAKSİYA
265963
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.