“Avtoş”luq edən “Niva” sürücüsü belə saxlanıldı – ANBAAN VİDEO

“Avtoş”luq edən “Niva” sürücüsü belə saxlanıldı – ANBAAN VİDEO

Hazırda oxunan: “Avtoş”luq edən “Niva” sürücüsü belə saxlanıldı – ANBAAN VİDEO

265952

Avtomobilin konstruksiyasında dəyişiklik edərək yollarda digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan və avtoxuliqanlıq hərəkətləri edən sürücü Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən operativ qaydada saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilib. Abşeron Rayon Məhkəməsinin qərarı ilə həmin şəxsin sürücülük hüququ məhdudlaşdırılmaqla, o inzibati qaydada həbs edilib.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdar edir ki, insan həyat və sağlamlığı üçün real təhdid hesab edilən və hərəkət iştirakçılarına açıq-aşkar hörmətsizlik ifadə edən bu cür davranışlara yol verənlərə qarşı qanunvericilik çərçivəsində ən sərt tədbirlər bundan sonra da görüləcək", - məlumatda bildirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO