Sürücülərə XƏBƏRDARLIQ! Bağırov körpüsündə hərəkət tam MƏHDUDLAŞDIRILIR

Sürücülərə XƏBƏRDARLIQ! Bağırov körpüsündə hərəkət tam MƏHDUDLAŞDIRILIR

Hazırda oxunan: Sürücülərə XƏBƏRDARLIQ! Bağırov körpüsündə hərəkət tam MƏHDUDLAŞDIRILIR

265844

“Bu gündən etibarən Bağırov yolötürücüsü üzərində 10 gün müddətinə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq”.

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
 

Bildirilib ki, avqustun 18-də saat 22:00-dan etibarən 10 gün müddətinə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektinin Bağırov yolötürücüsü üzərindən geriyə dönmə hissəsində (şəhərdən Əliyar Əliyev küçəsi istiqamətində) “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.


Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO