SON DƏQİQƏ! Şəhidlərə hörmətsizlik edən turistlərə cinayət işi AÇILDI – RƏSMİ/VİDEO

SON DƏQİQƏ! Şəhidlərə hörmətsizlik edən turistlərə cinayət işi AÇILDI – RƏSMİ/VİDEO

Hazırda oxunan: SON DƏQİQƏ! Şəhidlərə hörmətsizlik edən turistlərə cinayət işi AÇILDI – RƏSMİ/VİDEO

265781

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər barədə cinayət işi başlanılıb.

DİN Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO


Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.
 

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.


Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO