SOS! Narkoman qadınların sayı artır – Yaş 15-18 ARALIĞINDA 

SOS! Narkoman qadınların sayı artır – Yaş 15-18 ARALIĞINDA 

Hazırda oxunan: SOS! Narkoman qadınların sayı artır – Yaş 15-18 ARALIĞINDA 

26563

Son vaxtlar sosial bəlalardan olan narkotik vasitə istifadəçilərinin say çoxluğu ciddi narahatlıq doğurur. Təhlükəli bəlaya düçar olan qadınların sayında artım müşahidə olunur. Son vaxtlar həm aludəçi, həm də narkoticarətlə məşğul olan qadınların sayı artıb. Reallıq göstərir ki, qadın narkomanların yaş aralığı daha çox 18-25-dir. Əvvəl Bakı, Sumqayıt, Xırdalan gəncləri aludə olmuşdularsa, indi bəla rayonlara, kəndlərə ayaq açıb. 

Hazırda Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin qeydiyyatında 33 min 788 narkotik maddə istifadəçisi var.

Onlardan 618-i qadın, 9-u 15-17 yaşlarında olan gənclər, 12969 isə 18-34 yaş aralığında olan şəxslərdir. Qeyd edək ki, ötən il Narkoloji mərkəzin qeydiyyatında 32 min 921 nəfər olub.

Dəhşətlisi odur ki, narkotik vasitələrin satışı sosial şəbəkələr üzərindən açıq şəkildə aparılır.
 

"İnstaqram”da, “Facebook”da çox sayda səhifələr var ki, narkotik vasitələrin satışı ilə məşğuldur. Məhsullar onlayn şəkildə sifariş edilir və kuryerlərlə müştərilərə çatdırılır.


İstifadəçi məlum kart hesabına pul ödəyir, kuryer isə məhsulu əvvəlcədən təyin olunmuş şübhə çəkməyən yerlərə qoyur. Hətta kuryerlər də narkotikdən istifadə edir. Nə qədər çox satış həyata keçirsələr, o qədər pul qazanırlar, üstəlik  “paylarını” götürürlər. Məlumatlara görə kakos tərkibli yeni uyuşdurucular daha təhlükəli və yüksək asılılıq qabiliyyətinə malikdir. Bu narkotik maddədən ilk istifadə dəhşətli dərəcədə asılılıq yaradır və qorxulu vərdişə səbəb olur. İddialara görə həmin uyuşdurucular həm İrandan gəlir, həm də ölkəmizdə istehsal edilir. 

Digər tərəfdən narkotik satışı ilə məşğul olan qadınların da sayı artıb. Son zamanlar hüquq mühafizə orqanları tərəfindən saxlanılan və efir məkanlarından təqdim edilən narkoticarətçilər arasında qadın alverçilərə daha çox rast gəlinir. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlanıb


Narkomaniya üzrə ekspert Emil Maqalov Bizim.Media-ya açıqlamasında istifadəçilərin saynın artma səbəbini narkoticarətçilərin bu maddənin satışını və istehsalını asanlaşdırması ilə əlaqələndirib:

“Əvvəl narkotikdən istifadə və onun tətbiqi o qədər də alçatan deyildi. İndi narkotiklərin istifadəsi çox asandır. Narkotik istifadəçilərinin artamasının digər səbəbi insanların internetə və dünyaya senzurasız daxil olmasıdır. Uşaqdan tutmuş hər kəsin rahatlıqla yazı və ya videolara girmək imkanı var. Üçüncü səbəb gənclərin asudə vaxtının təşkili problemidir. Bu durumun acı mənzərəsi daha çox rayon və kəndlərdə özünü biruzə verir. Şəhərlərdə asudə vaxtın təşkili ilə bağlı bir qədər nikbin mənzərə var. Əvvəllər pioner evləri var idi. Hərçənd ki, bu evlərin yaradılması təklifi ilə indi də çıxış edirəm. Bu cür tədbirlərin olması vacibdir. Öndə olan gənclərdən çox, tində qalanlarla məşğul olmaq, onlara cəmiyyətə lazım olduqlarını göstərmək lazımdır. Bunu etmək tək hökumətin, hüquq mühafizə orqanların deyil, hamımızın işidir”.

Narkotin vasitələrin onlayn satışı məsələsinə toxunan ekspert bu problemlə bütün dünyanın mübarizə apardığını deyib:

“Hələ deyərdim ki, ətraf ölkələrlə müqayisədə Azərbaycanın göstəricisi daha yaxşıdır. Mən Türkiyə, İran, Gürcüstan və Dağıstanda olmuşam. El dilində bu ölkələrə baxanda şükürlüyük. Çünki Azərbaycanda ailə dəyərləri, mentalitet və digər amillər böyük rol oynayır. Amma bu o demək deyil ki, oturub gözləməliyik. Mübarizəni gücləndirməliyik. Bunun bir yolu var, o da narkotiki satanlarla mübarizə aparmaqdır. Hansı ki,  bütün dünya bununla mübarizə aparır”.

Qadınların uyuşdurucu aludəçisi və satışı ilə məşğul olmasına gəlincə, Emin Maqalov zərif məxluqların bu bəladan qurtulmasının ilk olaraq cəmiyyətin mübarizəsindən asılı olduğunu qeyd edib:
 

“Bəzən “nəyimizə lazımdır ki, başımızı işə salaq” deyib yaxamızı kənara çəkirik. Baxırıq ki, qohumumuz, ailəmiz, sabah isə özümüz bu bəlanın içindəyik.


Amma narkotikin hansı dəhşətli nəticələr gətirdiyini anlamalıyıq. Gənclərimizi bu bəlaya düçar olmamaları üçün maarifləndirməliyik. Məlumat üçün deyim ki, hazırda narkotik istifadəçilərinin pulsuz və anonim müalicələri var. Artıq son 6 ayda bizim təşkilatımızdan ora 340 nəfər cəlb olunub. Onlardan 42 nəfəri bu bəladan sağalmayıb. 298 nəfərinin vəziyyəti isə yaxşıdır”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO