Avqustun 16-da saat 10:00-da 2025-2026-cı tədris ili üzrə şagidlərin yerdəyişmə prosesi imtahanla həyata keçirilən lisey və gimnaziyaların 5,6,7,8 və 9-cu siniflərinə qəbul imtahanı həyata keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, 26 avqustda isə ibtidai siniflər üçün müsabiqənin müsahibə formatında təşkili nəzərdə tutulur.
İmtahana dair məlumatlar valideynlərin şəxsi kabinetinə göndərilib.
Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi üzrə müsabiqələr müəssisələr tərəfindən müəyyənləşdirilmiş tarixlərdə keçiriləcək.
Qeyd edilib ki, lisey və gimnaziyalara verilən boş yer və müraciət sayları nəzərə alınaraq bəzi siniflər və müəssisələr üzrə müsabiqə ləğv edilib. Şagirdlər avtomatik olaraq seçim etdikləri müəssisələrə yerləşdiriləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:09 / 15.08.2025
Lisey və gimnaziyalara qəbul imtahanı KEÇİRİLƏCƏK
Hazırda oxunan: Lisey və gimnaziyalara qəbul imtahanı KEÇİRİLƏCƏK
Hazırda oxunan: Lisey və gimnaziyalara qəbul imtahanı KEÇİRİLƏCƏK
265417
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.