Bu şəxslərdə süd vəzi xərçəngi riski daha YÜKSƏKDİR - XƏBƏRDARLIQ

Bu şəxslərdə süd vəzi xərçəngi riski daha YÜKSƏKDİR - XƏBƏRDARLIQ

Hazırda oxunan: Bu şəxslərdə süd vəzi xərçəngi riski daha YÜKSƏKDİR - XƏBƏRDARLIQ

265386

Xəbər verdiyimiz kimi, Azərbaycanda xərçəng xəstələri ən çox süd vəzi xərçəngindən əziyyət çəkir. Deməli, ümumi 73 875 xərçəng xəstəsindən 18 639-u süd vəzi xərçəngidir.

Bəs bu sayın səbəbi nədir?

Onkoloq Afət Cəbrayılova Bizim.Media-ya açıqlamasında süd vəzi xərçənginin geniş yayılmasının səbəbləri barədə danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Hansı xərçəng növləri irsi OLA BİLƏR?


"Süd vəzi xərçənginin konkret səbəbi bilinmir. Bunun yaranmasının bir çox amili var. İlk olaraq, bura hormonal pozulmalar aiddir. Qadınlarda gedən hormonal dəyişikliklərə ən tez reaksiya verən süd vəzi toxumasıdır. Hormonal pozuntu, artıq çəki, piylənmə, şəkərli diabet  alkaqol, siqaret çəkmək kimi hallar süd vəzi xərçəngi olma ehtimalını artırır. Bu xərçəngin yaranmasında irsi amillər də rol oynayır".

Onkoloqun sözlərinə görə, sonsuzluğa görə illərlə aparılan hormonal müalicələr, süni mayalanma cəhdləridə süd vəzidə xərçəngə səbəb ola bilər.

"Çünki bu müalicələrdə yüksək dozda estrogendən istifadə olunur. Buna görə də süni mayalanma müalicəsinə başlanmadan süd vəzi yoxlanışı aparılmalıdır. Süd vəzi xərçənginin qarşısının alınması üçün 38 yaşdan yuxarı qadınlar ildə bir dəfə mamoqrafiyadan keçməlidirlər".

"Bu şəxslərdə risk daha yüksəkdir...".

"25 yaşdan yuxarı qadınlar ildə bir dəfə yoxlanış etməlidirlər. Ancaq ailəsində xərçəng, xüsusilə süd vəzi xərçəngi olan qadınlar daha erkən müayinəyə başlamalıdırlar. Çünki onlarda risk daha yüksəkdir"- Afət Cəbrayılova sonda qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO