Naxçıvanda ağır QƏZA: Ölənlər var - FOTO

Naxçıvanda ağır QƏZA: Ölənlər var - FOTO

Hazırda oxunan: Naxçıvanda ağır QƏZA: Ölənlər var - FOTO

265302

Naxçıvanda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bizim.Media “Report.az”a istinadən xəbər verir ki, hadisə Babək rayonunun Qahab kəndi ərazisində qeydə alınıb.

Belə ki, 33 yaşlı Zamanov Möhlət Baxtıcamal oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil “Ford” markalı nəqliyyat vasitəsilə toqquşub.
 

Nəticədə Babək rayon Qahab kənd sakini, Zamanov Möhlət Baxtıcamal oğlu və 27 yaşlı Babək rayon Naxışnərgiz kənd sakini, Zamanov Mənsur Mərdan oğlu hadisə yerində dünyasını dəyişib.


Avtomobilin digər sərnişini, Naxışnərgiz kənd sakini, 30 yaşlı Zamanov Şöhrət Aydın isə ağır bədən xəsarətləri alaraq Naxçıvan Muxtar Respublika xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu qiymətləndirilir.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları və FHN-nin Xüsusi xilasetmə qrupu cəlb olunub. Faktla bağlı araşdırma aparılır.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO