FHN Qazaxdakı yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB/FOTO/VİDEO

FHN Qazaxdakı yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB/FOTO/VİDEO

Hazırda oxunan: FHN Qazaxdakı yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB/FOTO/VİDEO

265238

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonunun Bala Cəfərli və Xanlıqlar kəndlərində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media zəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.
 

Həyata keçirilən tədbirlər sayəsində Bala Cəfərli kəndindəki yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.


Yanğın nəticəsində təxminən 50ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə edilib.

Xanlıqlar kəndi istiqamətindəki yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

*** 18:25

Qazaxda meşəlik ərazidə yanğın başlayıb.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, Xanlıqlar kəndi ərazisində böyük sahəni əhatə edən ərazidə yanğın qeydə alınıb.

Məlumata görə, yanğın Cəfərli kəndi ərazisində başlayıb, sonradan Xanlıqlar kəndinə keçib.

Alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əraziyə iki helikopter cəlb olunub.

Bizim.Media













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO