Rüşvətə görə həbs edilən xadimə azadlığa buraxıldı

Rüşvətə görə həbs edilən xadimə azadlığa buraxıldı

Hazırda oxunan: Rüşvətə görə həbs edilən xadimə azadlığa buraxıldı

265202

Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasının baş həkimi ilə birgə məhkum edilən xadimə Səlimə Mirzəyeva vaxtından əvvəl həbsdən azad olunub.

Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Cavid Hüseyn belə qərar qəbul edib.

Xanım məhkum 8 illik cəzasının yarıdan çoxunu çəkməsinin, cəzaçəkmə müəssisəsinin müsbət rəyinin nəzərə alınmasını əsas gətirərək həbsdən azad edilməsini istəyib.

Yuxarı instansiya məhkəməsi ərizənin təmin edilməməsi üçün heç bir əsas görməyib. Qərara əsasən, xadimə azadlığa buraxılıb. S.Mirzəyevə cəza müddəti tam bitənə qədər məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyatda olacaq.

Məlumat üçün deyək ki, məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülən məhkum qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlər çərçivəsində müəssisədən kənarda ola bilir.

Xatırladaq ki, xəstəxanada xadimə işləmiş S.Mirzəyeva baş həkimin göstərişi ilə informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edib və digər həkimlərlə birlikdə xəstələrdən rüşvət alınmasında iştirak edib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2020-ci il tarixli hökmü ilə baş həkim və digər təqsirləndirilən şəxslər də 9 ilə qədər həbs cəzasına məhkum olunub. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO