Sınaq dövrü BAŞA ÇATDI - Azərbaycanda da kriptovalyutalardan istifadə ediləcək?

Sınaq dövrü BAŞA ÇATDI - Azərbaycanda da kriptovalyutalardan istifadə ediləcək?

Hazırda oxunan: Sınaq dövrü BAŞA ÇATDI - Azərbaycanda da kriptovalyutalardan istifadə ediləcək?

265169

“Mərkəzi Bank xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrlərinin başa çatdığını bəyan edib. Sınaq müddətində 4 innovativ məhsulun qiymətləndirilməsi həyata keçirilib. 2 istiqamət üzrə qiymətləndirmə nəticələri uğurlu hesab olunub, digərləri üzrə məqsədəuyğun hesab edilməyib”.

Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat qeyd edib ki, dəsətəklənən layihələr məhz kriptovalyuta əməliyyatları ilə bağlıdır:

“Belə ki, kriptovalyuta əməliyyatlarını daha təhlükəsiz və şəffaf şəkildə icra etmək üçün “m10” tətbiqinin “Binance” platformasına inteqrasiyasını nəzərdə tutulur. İstifadəçilər bu inteqrasiya vasitəsilə “Binance” cüzdanlarına mədaxil və məxaric edə bilərlər. Digər layihə "kriptobroker platforması” virtual aktivlərinin asan və təhlükəsiz şəkildə alışı, satışı və saxlanılması imkanlarını yaradır. Xüsusi tənzimləmə rejimi çərçivəsində sınaqların keçirilməsində məqsəd həmçinin bu istiqamətdə normativ-hüquqi bazanı formalaşdırmaq və təkmilləşdirməkdir.

Mərkəzi Bank hələ 2019-cu ildən blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsinin icrasına başlayıb. Blokçeyn texnologiyasının tam tətbiqi imkanlarının araşdırılması virtual pul bazarının inkişafı baxımdan vacibdir.

Mərkəzi Bankın test layihələri daha yaxın gələcəkdə Azərbaycanda kriptovalyutaların buraxılması və istifadəsinə imkan yarada bilər. Qlobal maliyyə əməliyyatları intensiv şəkildə virtuallaşdığı üçün Azərbaycanda da kriptovalyutalardan istifadə və sistem inteqrasiyası əsas çağrışlardan biridir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO