Kolleclərə qəbul olanların qeydiyyatı BAŞLANIR

Kolleclərə qəbul olanların qeydiyyatı BAŞLANIR

Hazırda oxunan: Kolleclərə qəbul olanların qeydiyyatı BAŞLANIR

265138

Avqustun 14-ü saat 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbul olanlar üçün qeydiyyat prosesinə başlanacaq.

Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya bildirilib ki, qəbul olan şəxslər //portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Elektron sistem üzrə qeydiyyat 22 avqust saat 18:00-da başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO