Bir dilim limonlu çay xərçəng riskini azalda və insan ömrünü uzada bilər.
Bizim.Media xəbər verir ki, bu barədə "Express" nəşri amerikalı həkimlərin tədqiqatlarına istinadla məlumat yayıb.
Mütəxəssislər sellüloz maddəsi və limon şirəsinin kimyəvi terapiya ilə birlikdə tətbiq olunduqda gəmiricilərin dillərində, ağciyərlərində və yoğun bağırsaqlarında bədxassəli şişlərin yaranmasının qarşısını aldığını müəyyən ediblər.
Lakin elm adamları qeyd edir ki, tədqiqatlarda istifadə olunan limonun dozası gündəlik adi limon istifadəsindən daha yüksək olub.
Bundan əlavə, limonlu çay virus infeksiyalarına qarşı mübarizə aparır, turşuluğu tarazlayır, immun sistemini gücləndirir, həzm sistemini toksinlərdən təmizləyir və mədə yanması, köp kimi narahatlıqların azalmasına kömək edir.
Ekspertlər belə içkilərin faydalarını artırmaq üçün təbii və mütəmadi istifadənin önəmini vurğulayırlar.(milli.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:50 / 13.08.2025
Xərçəngə 40 qəpiklik çarə
Hazırda oxunan: Xərçəngə 40 qəpiklik çarə
Hazırda oxunan: Xərçəngə 40 qəpiklik çarə
265030
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.