Bakıda ƏMƏLİYYAT: İranlının tapşırıqlarını yerinə yetirənlər saxlanıldı – FOTO

Bakıda ƏMƏLİYYAT: İranlının tapşırıqlarını yerinə yetirənlər saxlanıldı – FOTO

Hazırda oxunan: Bakıda ƏMƏLİYYAT: İranlının tapşırıqlarını yerinə yetirənlər saxlanıldı – FOTO

265010

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Bakının Xətai və Binəqədi rayonlarında əməliyyatlar keçiriblər.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, nəticədə əvvəllər məhkum olunan 29 yaşlı Röyal Məmmədov və həmyaşıdı Cavad Məmmədov saxlanılıblar.

Onlara məxsus mənzil və avtomobildən 15 kiloqram 460 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.

Onların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri gizlədilən ünvanlardan əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyatlar davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO