Ev tapşırığı ləğv oluna BİLƏR: Məsuliyyət, yoxsa artıq yük?

Ev tapşırığı ləğv oluna BİLƏR: Məsuliyyət, yoxsa artıq yük?

Hazırda oxunan: Ev tapşırığı ləğv oluna BİLƏR: Məsuliyyət, yoxsa artıq yük?

264816

Sentyabr ayından Rusiya məktəblərində verilən ev tapşırıqları minimuma endiriləcək. Bu qərar dünya miqyasında illərdir səslənən bir sualı gündəmə gətirir: Müasir rəqəmsal dövrdə ev tapşırığı hələ də lazımdırmı?

XX əsrdə ev tapşırığı müəllimin dərs vaxtı öyrətdiyi mövzunu evdə təkrarlamaq və yeni bilgini mənimsəmək üçün bir metod idi. Nə qədər çox tapşırıq, bir o qədər də mənimsəmə.

Araşdırmalara görə, çoxlu ev tapşırığı uşağın yuxusunu azaldır, stress səviyyəsini artırır və yaradıcı düşünməyinə az vaxt saxlayır.

O zaman bu araşdırmalar 20-30 il öncəki şagirdlərin yuxusuna niyə haram qatmırdı?

Məktəblərə verilən ev tapşırığı artıq öyrənmək deyil – vaxt itkisidir

Təhsil Eksperti İradə Hüseynli Bizim.Media-ya açıqlamasında bildirib ki, fərq ondadır ki, XX əsr şagirdlərinin məktəbdən, məşğələdən, həyətdə oynamaqdan  başqa qayğıları yox idi.
 

Üstəlik əllərinin altında dərslik və müəllimin verdiyi bilgilərdən başqa heç nə olmadığına görə,  yeni nəsə öyrənmək və onu dərk etmək üçün çoxsaylı tapşırıqlara ehtiyac vardı:


“Amma bu günün uşaqları onlarla dostca danışa biləcək robot köməkçilərlə – süni intellekt tətbiqləri ilə hər şeyi həll edirlər. Bu gün məktəblilərin dərsdən başqa nə desəniz öyrənməyə həvəsləri var. Ona görə də uzun-uzadı yazı tapşırıqları öz mahiyyətini itirib”.
 

Bununla belə ekspert bildirir ki, ev tapşırığının faydalı tərəfləri də var: o, şagirddə məsuliyyət, şifahi və yazılı mənimsəmə bacarığını formalaşdırır.


Bundan başqa, çox zaman valideyndən kömək istəyən uşaq arasında birgə komanda işi kimi bağ yaranır və vərdişə çevrilir.

Bu da ailədaxili münasibətlər üçün faydalıdır.

Qeyd edək ki, dünyanın bir çox ölkəsində ev tapşırığı məsələsi qaldırılsa da əslində heç bir ölkədə tamamilə ləğv olunmayıb. Sadəcə formatı dəyişib, yəni məsələ ev tapşırığının verilməyində yox, necə verilməyindədir.

Şəfiqə Şəfa, Bizim Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO