Bu gün şair, tanınmış oftalmoloq Paşa Qəlbinurun doğum günüdür. P.Qəlbinur 1952-ci il martın 30-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olub.xa0
Doğum günüylə bağlı Moderator.az-a danışan P.Qəlbinur öz xoş təəssüratlarını bölüşüb:
“Təbrikiniz üçün çox sağ olun. Doğum günümü elə sadə ailəmlə birlikdə evdə qeyd edirəm. Mən elə adamlardan deyiləm ki, doğum günüm olanda gileylənim. Ad günümdə də, başqa günlərdə də eyni hissləri keçirirəm. Fəaliyyət göstəririksə, işləyiriksə, səhhətimiz yerindədirsə, bu böyük bir xoşbəxtlikdir. Min dəfə Allaha dua edək. Yaradıcılıqla məşğul oluram, göz əməliyyatlar edirəm. Bir çox xarici ölkələrdə kitablarım çap olunur. Həmişəki kimi fəaliyyətimdəyəm”.xa0
Qeyd edək ki, P.Qəlbinur ədəbi fəaliyyətə 1978-ci ildə “Ulduz” jurnalının 4-cü sayında çap etdirdiyi “Xal”, “Ay gecəyə hicran sıxır”, “Mən ilhamı gözlərimlə görmüşəm” şeirləri ilə başlayıb. “Gözlər” adlı ilk şeirini 13 yaşında ikən yazıb.xa0
Vasif Əlihüseyn






























































































