Ağdərənin bu kəndində də yanğın BAŞLADI

Ağdərənin bu kəndində də yanğın BAŞLADI

Hazırda oxunan: Ağdərənin bu kəndində də yanğın BAŞLADI

264798

Ağdərə rayonunda növbəti dəfə yanğın müşahidə olunur.

Bizim.Media xəbər verir ki, rayonun Ortakənd kəndi ərazisində baş verən yanğın quru ot və kolluq ərazidə başlayıb.

Havanın küləkli olması səbəbilə alov genişlənərək dağlıq ərazidə yerləşən meşə sahəsinə keçib.
 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Tərtər və Naftalan rayonlarının yanğınsöndürmə briqadaları, həmçinin helikopter cəlb edilib.


Xatırladaq ki, bir neçə gün öncə Ağdərə rayonunub Suqovuşan kəndi ərazisində də başlayan yanğın küləyin təsirilə genişlənərək, meşə massivinə yayılmışdı.

Yanğının söndürülməsinə FHN-in yanğınsöndürənləri, 2 helikopteri cəlb olunmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO