Motosikletlə avtoxuliqanlıq edən Fidan Bağırlı SAXLANILDI – VİDEO

Motosikletlə avtoxuliqanlıq edən Fidan Bağırlı SAXLANILDI – VİDEO

Hazırda oxunan: Motosikletlə avtoxuliqanlıq edən Fidan Bağırlı SAXLANILDI – VİDEO

264750

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bu barədə Bizim.Media-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
 

BŞDYPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Bağırlı Fidan Cəfər qızı saxlanılıb.


Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə F.Bağırlı sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO