Səsyazısı yayılan direktor işdən çıxarıldı - Kənddəki yeganə bağça bağlandı – VİDEO

Səsyazısı yayılan direktor işdən çıxarıldı - Kənddəki yeganə bağça bağlandı – VİDEO

Hazırda oxunan: Səsyazısı yayılan direktor işdən çıxarıldı - Kənddəki yeganə bağça bağlandı – VİDEO

264719

Xəbər verdiyimiz kimi, Ucarda Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçasında baş verən neqativ halla bağlı səs yazısı yayılan direktor Emin Orucov işdən çıxarılıb.

Bizim.Media xəbər verir ki, bununla da kənddə fəaliyyət göstərən yeganə uşaq bağçasının da fəaliyyəti məhdudlaşdırılıb.

Bu isə övladları bağçaya gedən valideynlər üçün problemə çevrilib.

Valideynlər qədər burada çalışan işçilər də bağçanın fəaliyyətinin birdən-birə dayandırılmasını düzgün hesab etmirlər.

Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən körpələr evi-uşaq bağçasının davamiyyət göstəricilərinin uzun müddət aşağı olması, bu ilin iyun-iyul aylarında, ümumiyyətlə, davamiyyətin olmaması nəzərə alınaraq müəssisənin fəaliyyətinin tənzimlənməsi zərurəti yaranıb:

“Yeni tədris ilindən etibarən kənd sakinlərinin məktəbəqədər təhsil ehtiyaclarının daha keyfiyyətli və səmərəli təmin olunması məqsədilə aidiyyəti qurumlarla zəruri müzakirə və təhlillər aparılır”.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO