SON DƏQİQƏ: Ermənistan hərbçiləri Kəlbəcərdə mövqelərimizi atəşə tutdu

SON DƏQİQƏ: Ermənistan hərbçiləri Kəlbəcərdə mövqelərimizi atəşə tutdu

Hazırda oxunan: SON DƏQİQƏ: Ermənistan hərbçiləri Kəlbəcərdə mövqelərimizi atəşə tutdu

26412

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər (indiki Vardenis) rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ - Ermənilər bölmələrimizi atəşə tutdu - MN


Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO