“Moyka”dan qaçırdıqları maşını doğrayıb satmaq istəyiblər – FOTO /VİDEO

“Moyka”dan qaçırdıqları maşını doğrayıb satmaq istəyiblər – FOTO /VİDEO

Hazırda oxunan: “Moyka”dan qaçırdıqları maşını doğrayıb satmaq istəyiblər – FOTO /VİDEO

263923

Nizami rayonunda avtoyuma məntəqəsindən müştərinin maşınını qaçıran şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, sürücü polisə müraciət edərək yumaq məqsədilə avtoyuma məntəqəsinə verdiyi “Hyundai” markalı avtomobilinin naməlum şəxslər tərəfindən qaçırıldığını deyib.
 

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 25 yaşlı Elşən Hüseynov və 23 yaşlı Səyyad Mehdizadə saxlanılıblar.


Araşdırmalar zamanı məlum olub ki, avtoyuma məntəqəsində çalışan E.Hüseynov və S.Mehdizadə yumaq üçün onlara həvalə olunan nəqliyyat vasitəsini qaçıraraq əvvəlcə hissələrə ayırıb satmaqla “izi” itirməyə çalışıblar.

Bu planları baş tutmadıqda isə avtomobili yol kənarında tərk edərək ərazidən uzaqlaşıblar. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən tapılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO