Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbiçisi mükafatlandırıldı - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbiçisi mükafatlandırıldı - VİDEO

Hazırda oxunan: Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbiçisi mükafatlandırıldı - VİDEO

26377

26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Əlahiddə Ümumqoşun Orduda tədbirlər keçirilib, hərbi qulluqçular təltif edilib. 

Bizim.Media xəbər verir ki, Medafiə Nazirliyindən  verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində keçirilən tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təbrikləri şəxsi heyətə çatdırılıb. 

Çıxışlar zamanı Azərbaycan Ordusunun qüdrətindən və Vətən müharibəsində qazanılan parlaq qələbədən danışılıb.

Təbriklər oxunduqdan sonra hərbi qulluqçulara müxtəlif adda medallar, vaxtından əvvəl və növbəti hərbi rütbələr, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib. 

Tədbirlərin sonunda hərbi qulluqçular üçün bayram süfrələri təşkil olunub.

Bizim.Media





 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO