Ucarda ağır QƏZA: Avtomobillərdən biri yandı – FOTO

Ucarda ağır QƏZA: Avtomobillərdən biri yandı – FOTO

Hazırda oxunan: Ucarda ağır QƏZA: Avtomobillərdən biri yandı – FOTO

263636

Ucarda ağır yol qəzası zamanı avtomobillərdən biri yanıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, 22 yaşlı Balakən rayon sakini, Pünhan Fərrux oğlu Gondolovun idarə etdiyi "Ford" markalı avtomobil ilə Ağcabədi rayon sakini, 32 yaşlı Fərrux Bəhrəm oğlu Hüseyinlinin idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub.


Qəza zamanı "Ford" markalı avtomobil anidən alışıb. Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə zamanı xəsarət alan olmasa da, yanan avtomobil yararsız vəziyyətə düşüb. Hazırda faktla bağlı araşdırma aparılır.












Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO