“Müharibədə Mayis Bərxudarova göstəriş verdim ki,...” - Müdafiə naziri 

“Müharibədə Mayis Bərxudarova göstəriş verdim ki,...” - Müdafiə naziri 

Hazırda oxunan: “Müharibədə Mayis Bərxudarova göstəriş verdim ki,...” - Müdafiə naziri 

26356

“Müharibə gedən zaman mənə zəng edib dedilər ki, Paşinyan öz çıxışında erməni silahlı qüvvələrinin Cəbrayılda olduğunu deyib”.

Bu sözləri “REAL TV”yə müsahibəsində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Müdafiə naziri bildirib ki, Paşinyanın çıxışı erməni xalqını aldadırdı.

“Biz hər bir məlumatdan nəticə əldə edirdik. Dərhal göstəriş verdim ki, general Mayis Bərxudarov Cəbrayılı əhatə edən yüksəkliklərdə mövqelərini gücləndirsin. O mənə məruz elədi ki, düşmənin cəmləşdiyini görürük, hücum gözlənilir. O həm də əlavə etdi ki, hücuma hazırlaşan qüvvə çox azdır. Mən düşündüm ki, bəlkə onlar döyüş kəşfiyyatı aparmaq istəyirlər.

M.Bərxudarov dedi ki, mənə nəticə barədə məruzə edəcək. Doğurdan da az bir qüvvə ilə onlar heç hücuma da keçə bilmədilər. Bizim artilleriya onları yerindəcə məhv etdi.

Məncə hərbçilərə tapşırıq vermişdilər ki, nəyin bahasına olur-olsun, gedin, alın Cəbrayılı. Onların da imkanları yox idi deyə, belə bir hücumun imitasiyasını həyata keçirmişdilər. Belə şeylər olurdu, lakin bu məqamların hər birini danışmağa lüzum görmürəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO