"Qırmızı Körpü” gömrük postunda 120 avtomobil gözləyir – RƏSMİ

"Qırmızı Körpü” gömrük postunda 120 avtomobil gözləyir – RƏSMİ

Hazırda oxunan: "Qırmızı Körpü” gömrük postunda 120 avtomobil gözləyir – RƏSMİ

263334

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 120 avtomobil gözləyir.

Bizim.Media bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
 

Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 84, Mazımqara gömrük postunda 35, Samur gömrük postunda 84 yük maşını var.


Məlumata görə, hazırda Xanoba və Biləsuvar gömrük postlarında gözləyən avtomobil yoxdur.

AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO