İyunun 25-i saat 16 radələrində Goranboy rayon sakini Məharət İbrahimova odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya Goranboy Rayon Prokurorluğundan məlumat verilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi Rahib Hacıyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Məharət İbrahimovu qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Rahib Hacıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:34 / 26.06.2021
Həmyerlisini güllələyən Goranboy sakini tutuldu
Hazırda oxunan: Həmyerlisini güllələyən Goranboy sakini tutuldu
Hazırda oxunan: Həmyerlisini güllələyən Goranboy sakini tutuldu
26323
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.