Qlobal Media və Siyasət Araşdırmaları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ənənəvi və rəqəmsal mediada ideoloji təxribatlar əleyhinə iş” adlı layihənin icrasını uğurla başa çatdırıb.
Bizim.Media xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycan dövlətçiliyinə, milli maraqlara və ictimai sabitliyə qarşı yönəlmiş informasiya təxribatlarına qarşı elmi-analitik yanaşmalar formalaşdırmaq, həm ənənəvi, həm də rəqəmsal mediada yayılan ideoloji təsirlərin tənqidi təhlilini aparmaq olub.
Bu təşəbbüs ictimaiyyətin maarifləndirilməsinə və informasiya təhlükəsizliyi sahəsində biliklərin artırılmasına xidmət edib.
Layihə çərçivəsində, xüsusilə gənclərin və media istifadəçilərinin informasiya savadlılığını artırmaq, onları dezinformasiyaya qarşı daha hazırlıqlı və ayıq düşüncəli olmağa təşviq etmək əsas hədəf kimi müəyyənləşdirilib.
Bu təşəbbüs Azərbaycan cəmiyyətinin mənəvi və siyasi dayanıqlığının gücləndirilməsinə, milli təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyan informasiya mühitinin sağlamlaşdırılmasına dəstək məqsədi daşıyıb.
Bizim.Media