Yenilənmiş “CavanNar”-a qoşul, ikiqat internet əldə et

Yenilənmiş “CavanNar”-a qoşul, ikiqat internet əldə et

Hazırda oxunan: Yenilənmiş “CavanNar”-a qoşul, ikiqat internet əldə et

262974

Ölkənin ən gənc və innovativ mobil operatoru olan “Nar” yenilənmiş “CavanNar” tarifini təqdim edir. Artıq bundan sonra “CavanNar” ilə abunəçilər daha çox internetdən istifadə edə və daha çox ünsiyyət qura biləcək. Yenilənmiş “CavanNar” 2 müxtəlif paketdə təqdim olunur. Belə ki, “CavanNar 9”-a qoşulmaq istəyənlər aylıq 9 AZN ödəməklə 5 GB internet, 5GB sosial şəbəkə və 500 tarifdaxili dəqiqə əldə edəcəklər.

“CavanNar 6” isə istifadəçilərə aylıq 6 AZN ödəməklə 2 GB internet, 2GB sosial şəbəkə və 200 dəqiqə tarifdaxili danışıq verir. “CavanNar” tarifinə istənilən yaş qrupuna aid insanlar qoşula bilərlər. Qeyd edək ki, “CavanNar” Azərbaycan mobil rabitə bazarında ən sərfəli internet paketi sayılır.

xa0

xa0“CavanNar 9”-a qoşulmaq üçün “C9” yazıb 777-yə göndərmək və ya 777#9#YES yığmaq lazımdır. “CavanNar 6”-ya qoşulmaq üçün isə “C6” yazıb 777-yə göndərmək və ya 777#6#YES yığmaq kifayətdir. İstənilən tarifdən “CavanNar” tarifinə keçmək 1 AZN təşkil edir. Bir “CavanNar” tarifindən digərinə keçid isə pulsuzdur.

xa0

Qeyd edək ki, “CavanNar” tarifinə qoşulan abunəçilər hazırda ölkədə ən geniş şəbəkələrdən birinə malik olan “Nar”-ın 4G şəbəkəsindən istifadə etməklə tam keyfiyyətdə yararlana bilərlər. Bakı və Abşeron yarımadası ilə yanaşı, 47 bölgə “Nar”-ın 4G şəbəkəsi ilə təmin edilib.

xa0

“CavanNar” tarifi haqqında daha ətraflı məlumatıxa0nar.azxa0internet səhifəsindən öyrənmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO