“Montin”də qanunsuz parkinq ləğv edildi – FOTO

“Montin”də qanunsuz parkinq ləğv edildi – FOTO

Hazırda oxunan: “Montin”də qanunsuz parkinq ləğv edildi – FOTO

262411

Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsində (“Montin” adlanan ərazi) səkinin hesabına yaradılan qanunsuz parkinq ləğv edilib.

Bizim.Media xəbər verir ki, ərazidə dağıdılmış səki bərpa olunub, çoxillik ağaclar diblərinə tökülmüş asfaltdan təmizlənib.

Qeyd edək ki, piyada səkisini qanunsuz parkinqə çevirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “Bakı 4 N-li Yol İstismarı” MMC-nin rəhbərliyi cəzalandırılıb.
 

MMC tərəfindən baş idarəyə məlumat verilmədən və müvafiq razılaşdırmalar olmadan işlərin aparıldığı “Şirvanşah Residence”nin qarşısında vurulmuş ziyanın aradan qaldırılması məqsədilə dağıdılmış səki hissəsinin qısa müddətdə bərpa olunması tapşırılıb və tələb olunan xərclərin məsul şəxslərin aylıq əməkhaqqılarından tutulması qərara alınıb.


Fotoqrafımız Xəyal Vəlizadənin ərazidən lentə aldığı fotoları təqdim edirik: (Qafqazinfo.az)












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO