İsrailin yeni səfiri Azərbaycana milli geyimdə gəldi - VİDEO

İsrailin yeni səfiri Azərbaycana milli geyimdə gəldi - VİDEO

Hazırda oxunan: İsrailin yeni səfiri Azərbaycana milli geyimdə gəldi - VİDEO

262378

İsrailin yeni təyin olunmuş səfiri Ronen Kraus Azərbaycana gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail səfirliyindən bildirilib.
 

Məlumata görə, R.Kraus etimadnaməsini əvvəl Xarici İşlər Nazirliyinə, sonra isə Prezident İlham Əliyevə təqdim edəcək. Daha sonra, o, Quba rayonunda yəhudilərin yaşadığı Qırmızı Qəsəbəyə səfər edəcək.


Qeyd edək ki, İsrailin Azərbaycandakı səfiri Corc Dikin missiyası başa çatıb. Bu barədə İsrailin ölkəmizdəki səfirliyi paylaşım edib:

“Səfir Corc Dik Azərbaycandakı tarixi missiyasını başa vuraraq, dərinləşmiş əlaqələr, mənalı tərəfdaşlıq və səmimi münasibətlər irsini miras qoyur. Unudulmaz 6 il üçün təşəkkürlər”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO