İran Azərbaycan sərhəddində əməliyyat - “Silaha” komandası verildi

İran Azərbaycan sərhəddində əməliyyat - “Silaha” komandası verildi

Hazırda oxunan: İran Azərbaycan sərhəddində əməliyyat - “Silaha” komandası verildi

26236

“Horadiz” sərhəd dəstəsi tərəfindən keçirilmiş tədbirlər nəticəsində təxmini çəkisi 70 kiloqram 405 qram narkotik vasitənin, 920 ədəd narkotik tərkibli və 150 ədəd güclü təsirli dərman preparatlarının qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirlməsinin qarşısı alınıb. 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, iyun ayının 20-də saat 02:00 radələrində Füzuli rayonunun “Bala-Bəhmənli” sərhəd zastavasının ərazisində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb. Horadiz-Bakı avtomagistral yolunun yaxınlığındakı ərazidən bağlama götürərək uzaqlaşmağa çalışan 1 nəfər şübhəli şəxs saxlanılıb.

Saxlanılan şəxsin Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Piriyev Məhərrəm Vahab oğlu olması müəyyənləşdirilib. 34 kiloqram 800 qram narkotik vasitə (26400 qram “heroin”, 2000 qram “metamfetamin” və 6400 qram “marixuana”) aşkar olunaraq götürülüb.

İyun ayının 22-də Bəhrəmtəpə-Bakı avtomagistral yolu istiqamətində “MAZ” markalı 66-BN-623 dövlət nömrə nişanlı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən 2 nəfər şübhəli şəxs saxlanılıblar.

Onların üzərindəki 2 ədəd bağlamanın içərisindən təxmini çəkisi 35 kiloqram 605 qram narkotik vasitə (26 442 qram “heroin”, 5863 qram “marixuana”, 3300 qram “metamfetamin”), 920 ədəd “metadon M-40” və 150 ədəd “preqabalin” həbləriaşkar olunaraq götürülüb.

Faktlar üzrə cinayət işləri başlanıb, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO