Zaqatalada məmurun evi KÜLƏ DÖNDÜ

Zaqatalada məmurun evi KÜLƏ DÖNDÜ

Hazırda oxunan: Zaqatalada məmurun evi KÜLƏ DÖNDÜ

262175

Zaqatalada üç otaqlı fərdi ev yanıb.  Evi yanan şəxs isə rayon icra hakimiyyəti başçısının Zaqatala şəhər nümayəndəsi Oruc Qaraxanovdur .

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun ucqar Bəhmətli kəndindəki fərdi yaşayış evlərindən birində baş verib.  

Nəticədə ümumi sahəsi 180 kvadratmetr olan kürsülü birmərtəbəli üç otaqdan ibarət fərdi yaşayış evin yanar konstruksiyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti cəlb olunub.

Hadisənin elektrik naqillərində baş verən qisaqapanma yaxud digər şəraitdə baş verməsi ilə bağlı təhqiqat aparılır. 

 


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO