Rusiyanın əsl HƏDƏFİ: Qapalı toplantının detalları üzə çıxdı

Rusiyanın əsl HƏDƏFİ: Qapalı toplantının detalları üzə çıxdı

Hazırda oxunan: Rusiyanın əsl HƏDƏFİ: Qapalı toplantının detalları üzə çıxdı

2620

“Rusiya Suriyadakı hərbi əməliyyatlarını rejim əsgərləri Fərat çayına çatana kimi davam etdirəcək”.

 

Publika.az RBK agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu parlamentin qapalı iclasında bildirib.

 

Dövlət Dumasının müdafiə komitəsinin başçısı Vladimir Komoyedov deyib ki, Rusiyanın Suriyadakı əməliyyatları zaman faktorundan, proseslərin gedişinidən aılıdır: Biz orada rejim qüvvələri Fərat çayına çatana kimi qalacağıq. Suriya ordusu Suriya-İraq sərhədinə çatmalıdır. Biz yalnız Suriyanın öz sərhədləri daxilində ərazi bütövlüyünü təmin etməsinə yardım etməkdə davam edəcəyik”, - Rusiyanın müdafiə naziri deyib.

 

Hazırda rejim gücləri Hələbin şərqindədir. Fərat çayı isə buradan təxminən 90 kilometr uzaqlıqda yerləşən və İŞİD-in əlindəki  Cerablus şəhərinin yaxınlığından keçir. 90 kilometrlik ərazidə İŞİD və müxalifət gücləri yerləşir.

 

Türkiyə isə Fəratın qərbini “Qırmızı xətt” elan edib. Ankara Suriyanın Mare-Cerablus bölgəsinə Azad Suriya Ordusundan başqa qrupun daxil olmasına icazə verilməyəcəyini açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO