Kür çayındakı adalarda narkotik plantasiyaları - ŞOK VİDEO YAYILDI 

Kür çayındakı adalarda narkotik plantasiyaları - ŞOK VİDEO YAYILDI 

Hazırda oxunan: Kür çayındakı adalarda narkotik plantasiyaları - ŞOK VİDEO YAYILDI 

26186

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Kür çayının Ağdaş rayonu Pirəzə kəndi ərazisindən keçən hissəsində yerləşən adada külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ada əməliyyat nəzarətinə götürülüb.

DİN-dən verilən məlumata görə, Baş İdarənin Bərdə və Ağdaş Rayon Polis Şöbələrinin əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində həmin adada narkotik vasitələrin kultivasiyası ilə məşğul olan Ağdaş sakinləri Tayfun Məmmədov və həmyerlisi Çingiz Məmmədov saxlanılıblar. Adaya baxış zamanı həmin şəxslər tərəfindən kultivasiya edilən yaş kütləsi 12 ton 270 kiloqram olan ümumilikdə 8227 ədəd çətənə kolu aşkarlanıb.

Tayfun Məmmədov və Çingiz Məmmədov ifadələrində narkotik tərkibli bitkiləri bu ilin aprel ayında əkdiklərini və inkişafı üçün xüsusi qulluq etdiklərini bildiriblər.

Digər adadan isə 8 ton 650 kiloqram olan 5780 ədəd çətənə kolu, həmçinin aqrotexniki qulluq vasitələri və digər ləvazimatlar aşkar olunaraq götürülüb. Təxirəsalınmaz əməliyyatlar zamanı Ağdaş rayonu Pirəzə kənd sakini olan daha 10 nəfər saxlanılaraq istintaqa təqdim edilib.

Narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən Nahid Babayev, Hümbət Əməliyev, Nurlan Əməliyev, Sahil Əməliyev, Yadulla Əliyev, Rahib Babayev, Şöhrət Musayev, Azad Məmmədov, Məmməd Eminov və Ədilxan Ədilov saxlanılıblar. Bu şəxslərin üzərlərinə baxış zamanı əlavə olaraq qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Qeyd edək ki, saxlanılan 12 nəfər şəxsin hər biri Ağdaş rayonu Pirəzə kənd sakinləridir və bir mütəşəkkil dəstənin üzvləridirlər. 

Baş İdarənin əməkdaşlarının keçirdiyi sonuncu əməliyyatlar zamanı çəkisi 21 tona yaxın kultivasiya edilən ümumilikdə 14000 ədəd çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO